Təyyarə qəzaya uğrayıb, ölənlər və yaralananlar var - VİDEO
Polşada "Cessna 208" təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.
meqale.com Trend-ə istinadən bildirir ki, hadisə ölkənin Novodvorski rayonunda baş verib.
Təyyarə Nasielski yaxınlığındakı Hrcinno hava limanında insanların yağışdan sığındıqları anqara çırpılıb. Hazırda xilasetmə əməliyyatı aparılır, hadisə yerinə çoxlu sayda təcili yardım xidməti cəlb olunub.
Təyyarənin qəzaya uğramasının səbəbi məlum deyil.