Ərdoğan ona “Togg” hədiyyə edib

Ciddədə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana Türkiyənin "Togg" avtomobilini hədiyyə edib.

Ərdoğan ona “Togg” hədiyyə edib
Ciddədə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana Türkiyənin "Togg" avtomobilini hədiyyə edib.

meqale.com Trend-ə istinadən bildirir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin "Togg" avtomobili ağ rəngdədir.

Xatırladaq ki, Ərdoğan bazar ertəsi Səudiyyə Ərəbistanına səfər edib. O, vəliəhd şahzadə ilə görüş keçirib, həmçinin iki ölkə arasında sənədlərin imzalanmasında iştirak edib.

Qeyd edək ki, Türkiyə prezidenti Qətər və Birləşmiş Ərəb Əmirliklərinə də səfər edəcək.