Ankara və Ər-Riyad enerji, investisiya və müdafiə sahəsində razılaşmalar imzalayıblar

Türkiyə və Səudiyyə Ərəbistanı çərşənbə axşamı enerji, rabitə, investisiya və müdafiə sahələrində bir sıra razılaşma və anlaşma memorandumu imzalayıb.

meqale.com Trend-ə istinadən bildirir ki, sənədlərin imzalanması Ciddədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında keçirilən görüşdən sonra baş tutub.

Belə ki, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında birbaşa investisiyaların təşviqi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi ilə Səudiyyə Ərəbistanı İnformasiya Nazirliyi arasında rabitə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Türkiyə Milli Müdafiə Nazirliyi ilə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi arasında əməkdaşlığın icrası planı, Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi arasında enerji sahəsində Anlaşma Memorandumu və Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ilə Baykar şirkəti arasında əməkdaşlıq müqaviləsi.

Xatırladaq ki, Ərdoğan bazar ertəsi Səudiyyə Ərəbistanına səfər edib. O, vəliəhd şahzadə ilə görüş keçirib.

Qeyd edək ki, Türkiyə prezidenti Qətər və Birləşmiş Ərəb Əmirliklərinə də səfər edəcək.