Təyyarə qəzasında həlak olanlara anım mərasimi keçirildi - FOTO
Dekabrın 24-də Liviya Baş Qərargah rəisi Məhəmməd Əli Əl-Həddadın da daxil olduğu təyyarənin Ankara yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanlar üçün anım mərasimi təşkil olunub.
meqale.com xəbər verir ki, mərasim Mürted Hava Meydan Komandanlığında keçirilib. Tədbir zamanı həlak olan liviyalı şəhidlərin nəşləri üçün dualar oxunub.
Ankarada qəzaya uğrayan təyyarə ilə bağlı yeni detal - Qəzadan əvvəl son mesaj... - FOTO
Mərasimdə Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülərin rəhbərliyi ilə Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu iştirak edib.
Xatırladaq ki, Türkiyəyə rəsmi səfərdən sonra ölkələrinə qayıdan beş nəfərlik Liviya hərbi nümayəndə heyətini daşıyan Falcon 50 tipli biznes təyyarəsi Ankara yaxınlığında radarlardan itib və sonradan qəzaya uğradığı müəyyən edilib. Qəza nəticəsində həyatını itirən şəxslər: Liviya Baş Qərargah rəisi Məhəmməd Əli Əl-Həddad, Ordu komandanı, general-leytenant Əl-Fayturi Qərib, Liviya Hərbi Sənayesinin rəhbəri, briqada generalı Mahmud Əl-Qətivi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əl-Əsəvi Diab, Baş Qərargah rəisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub.