Salyan və Göygöl heyvan bazarları fəaliyyətə başladı - FOTO
Salyan və Göygöl rayonlarında yerləşən heyvan satışı bazarları yenidən fəaliyyətə başlayıb.
meqale.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, bazarlar biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılaraq yenidən qurulub və AQTA tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən, hər iki bazarın yenidən fəaliyyətə başlamasına icazə verilib.
Qeyd edək ki, daha əvvəl Bərdə heyvan bazarının fəaliyyətinə icazə verilmişdi. Yaxın günlərdə baytarlıq-sanitariya normalarına uyğun yenidən qurulan daha bir neçə bazarın da fəaliyyətə başlaması məsələsinə baxılacaq.
Agentlikdən bildirilib ki, bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.