Tələbələrə güzəştli kartlar nə vaxt veriləcək? - AÇIQLAMA

Bir çox ölkələrdə tələbələrə, təqaüdçülərə və şəhid-qazi ailələrinə nəqliyyatda güzəştli kartlar təqdim olunsa da, Azərbaycanda bu sistem hələ tam tətbiq edilməyib.

meqale.com xəbər verir ki, tələbələr nəqliyyat xərclərinin yüksək olduğunu və vəd edilən güzəştlərin hələ reallaşmadığından şikayət edirlər. 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən qeyd edib ki, bu müddət ərzində layihəyə 400-dən çox partnyor cəlb olunub və tələbələr 75%-dək endirimlərdən yararlanırlar. Hazırda 24 universitetdə təhsil alan 190 min tələbə kartın istifadəçisidir. Kart bank statusuna malik olduğundan, tələbələr onu müxtəlif nağdsız ödənişlər üçün rahatlıqla istifadə edə bilirlər".

Nazirlikdən o da bildirilib ki, ictimai nəqliyyatda müxtəlif sosial qruplar üçün güzəştlərin tətbiqi, o cümlədən tələbələr üçün endirimlərin müəyyən edilməsi Təhsilin İnkişafı Fondunun səlahiyyətində deyil. Bu, müvafiq dövlət qurumlarının qərarına bağlıdır.