Tayvanda 6,7 ballıq zəlzələ oldu
Tayvan sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.
meqale.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 397 min nəfərin yaşadığı liman şəhəri Cilundan 63 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 68 km dərinlikdə olub.