Mingəçevir-Ağstafa marşrutu üzrə qatarların fəaliyyəti dayandırılıb? - YENİLƏNİB
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, qeyd edilən reys tələbata uyğun olaraq gün ərzində 2 dəfə olmaqla Gəncə-Mingəçevir-Gəncə marşrutu ilə fəaliyyətini davam etdirir.
Sərnişinlər Bakı-Qazax-Bakı marşrutu ilə də gün ərzində Gəncədən Ağstafaya və əks istiqamətə ümumilikdə 4 dəfə səfər edə bilərlər.
Bundan başqa, gələn ilin əvvəllərində daha bir regiondaxili marşrut sərnişinlərin istifadəsinə veriləcək. (teleqraf)
----------- Mingəçevir-Ağstafa marşrutu üzrə hərəkət edən qatarların fəaliyyəti dayandırılaraq Mingəçevir-Gəncə marşrutu ilə əvəzlənib.
meqale.com Teleqraf-a istinadən xəbər verir ki, baş verən dəyişiklik Mingəçevir-Ağstafa marşrutu üzrə müşahidə olunan sərnişin azlığı ilə bağlıdır.
Mingəçevir-Gəncə qatarının hərəkət qrafiki də dəyişib. Hazırda bu marşrut üzrə səhər və axşamüstü olmaqla gün ərzində iki dəfə sərnişin qatarı hərəkət edir.
Məlumata görə, növbəti ildən Mingəçevir-Bakı qatarının xəttə buraxılması gözlənilir.