"Tamamilə fərqli və daha həlledici formada qayıdacağıq"

Vaşinqton administrasiyası Los-Anceles, Portlend və Çikaqo şəhərlərində asayişi qorumaq üçün Milli Qvardiyanın yerləşdirilməsini dayandıracaq.

Vaşinqton administrasiyası Los-Anceles, Portlend və Çikaqo şəhərlərində asayişi qorumaq üçün Milli Qvardiyanın yerləşdirilməsini dayandıracaq.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

"Biz Milli Qvardiyanı Çikaqodan, Los-Ancelesdən və Portlenddən çıxarırıq, baxmayaraq ki, həmin şəhərlərdə bu vətənpərvərlərin olması sayəsində cinayətlərin sayı xeyli azalıb. Portlend, Los-Anceles və Çikaqo federal müdaxilə olmadan yox olardı. Cinayətkarlıq yenidən artmağa başlayanda, bəlkə də, tamamilə fərqli və daha həlledici formada qayıdacağıq.