Sumqayıtda evə silahlı basqın nəticəsində qətlə yetirilən Suzananın FOTOsu
Sumqayıtda evə silahlı basqın nəticəsində 2 nəfərin qətlə yetirilib, 4 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər alması barədə məlumat vermişdik.
meqale.com xəbər verir ki, Day.Az hücum zamanı qətlə yetirilənlərdən ailənin qızı Suzana Karakaşın fotosunu əldə edib.
Qeyd edək ki, okytabrın 28-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölümü və 4 nəfərin xəsarət alması ilə nəticələnən cinayət hadisəsini törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb. Onlar qonşu olublar.