Sumqayıtda ev yandı - ər-arvad tüstüdən zəhərləndi

Sumqayıtda yaşayış evində yanğın baş verib.

Sumqayıtda ev yandı - ər-arvad tüstüdən zəhərləndi
Sumqayıtda yaşayış evində yanğın baş verib.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə şəhərin 16-cı mikrorayonunda yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Belə ki, yanğın nəticəsində 2002-ci il təvəllüdlü Məhyəddin Mahmud oğlu Mahmudzadə və həyat yoldaşı, 2003-cü il təvəllüdlü Xumar Elçin qızı Mahmudzadə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.