Son 4 həftə ərzində koronavirusa yoluxma hallarının sayı 7 faiz artıb - ÜST
İyulun 13-dən 30-dək dünyada koronavirusa 1 milyondan artıq yoluxma halı qeydə alınıb, 3,1 mindən artıq insan isə koronavirusdan ölüb.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyət Təşkilatının hesabatında deyilir.
Məlumata əsasən, son 4 həftə ərzində ümumilikdə 1 008 194 yoluxma halı, 3 132 ölüm halı qeydə alınıb. Daha öncəki 4 həftə ilə müqayisədə yoluxma hallarının sayı 7 faiz artıb, ölüm hallarının sayı isə 53 faiz azalıb.
Bu dövrdə ən çox yoluxma halı Cənubi Koreyada (751 484) aşkarlanıb.