Son 125 ilin ən isti yayı

Yaponiya Meteorologiya Agentliyi ölkənin son 125 ildə ən isti yayı keçirdiyini açıqlayıb.

Son 125 ilin ən isti yayı
Yaponiya Meteorologiya Agentliyi ölkənin son 125 ildə ən isti yayı keçirdiyini açıqlayıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, məlumata görə, iyun-avqust aylarında ölkənin 15 fərqli bölgəsində temperatur ölçmələri aparılıb.

Məlum olub ki, yay mövsümündə orta temperatur Selsi üzrə 1,76 dərəcə artıb.

İyulun 16-dan avqustun 23-dək ölkə üzrə 915 nöqtədən 106-da ən yüksək temperatur qeydə alınıb.

"2023-cü ilin yayında Yaponiyanın şimal, şərq və qərbində orta yay temperaturu kifayət qədər yüksəkdir. Yaponiyada builki orta yay temperaturu 1898-ci ilin yayından bəri ən yüksək göstəricidir", - deyə məlumatda bildirilib.

Avqustun əvvəlində şimal-şərqdəki Fukusimada temperatur 40 dərəcə Selsi kimi qeydə alınıb. Bu temperatur Yaponiyada 2023-cü ilin ən isti günü olub.