Şəmkirdə boğazına yelləncək ipi dolanan yeniyetmə öldü
Şəmkirdə 15 yaşlı qız ehtiyatsızlıqdan ölüb.
meqale.com xəbər verir ki, hadisə rayonun Könüllü kəndində baş verib.
Belə ki, 2010-cu il təvəllüdlü Gülşən adlı qız yaşadığı evin həyətində boğularaq ölüb.
İlkin məlumata görə, 15 yaşlı qızın boğazı həyətdəki yelləncəyin kəndirinə ilişib.