Şəkidə müdir qətlə yetirildi - ofisiant polisə təslim oldu
Şəkidə 50 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
meqale.com xəbər verir ki, hadisə zamanı qətlə yetirilən 50 yaşlı Mehman Bayramov və cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Sədi Heydərov Turan qəsəbəsinin sakinləridir. M. Bayramov ailəli olub, S. Heydərov isə subaydır.
Məlumata əsasən, Mehman Bayramov qəsəbədə fəaliyyət göstərən kafeyə sahiblik edir və onu şəxsən özü idarə edirdi. Sədi Heydərov isə təxminən iki həftə əvvəl həmin kafedə ofisiant kimi işə qəbul olunmuşdu.