Şəkidə evdə partlayış: 1 qadın və 2 körpə ağır xəsarət aldı

Şəkidə evdə partlayış olub, 3 nəfər ağır xəsarət alıb.

Şəkidə evdə partlayış: 1 qadın və 2 körpə ağır xəsarət aldı
Şəkidə evdə partlayış olub, 3 nəfər ağır xəsarət alıb.

meqale.com bildirir ki, hadisə bu gün rayonunun Aşağı Göynük kəndində baş verib.

Partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü Yusifova Şəlalə Nəsib qızı, 2021-ci il təvəllüdlü Soltanlı Məhəmməd Nicat oğlu və 2020-ci il təvəllüdlü Soltanlı Əli Nicat oğlu ağır xəsarət alıblar. Hər üç şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.