Səidə Niyamı döyməklə hədələdi
Müğənni Səidə Sultan həmkarı Niyam Salami ilə küsmələrindən danışıb.
meqale.com xəbər verir ki, sənətçi "İncə səhər"ə açıqlama verərkən bunun səbəbini gizli saxlayıb. O bildirib ki, inciməyinin səbəbi Niyam olub:
"Niyamla illərimiz olub. Elə söhbətlərdən, ağır günlərdən keçmişik ki... O və mən bilirəm. Niyamın evində tonla çörək kəsmişik. İstədim ona bir dənə ilişdirim, alınmadı. Mən də küsüb getdim. Arada mənə əsəb verir, istəyirəm onu vurum. Əsəbimdən onu izləmədn də çıxartdım. Səbəbi var, özü bilir. Yalan deyir ki, xəbərim yoxdur. Sadəcə, açıqlamır. Niyam, yalan danışma... İşi düşəndə zəng edir". (Axşam.az)