Səftər Rəhimliyə vəzifə verildi

Mədəniyyət Nazirliyi nəzdində Bakı Xoreoqrafiya Akademiyasına (BXA) İnzibati və təsərrüfat işləri üzrə prorektor təyin edilib.

Səftər Rəhimliyə vəzifə verildi
Mədəniyyət Nazirliyi nəzdində Bakı Xoreoqrafiya Akademiyasına (BXA) İnzibati və təsərrüfat işləri üzrə prorektor təyin edilib.

meqale.com "Qaynarinfo"ya istinadən xəbər verir ki, Səftər Mikayıl oğlu Rəhimli sözügedən vəzifəyə təyinat alıb.

Səftər Rəhimli bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sabiq sədri Mustafa Abbasbəylinin müşaviri olub. Mustafa Abbasbəyli Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin edildikdən sonra Səftər Rəhimli Dövlət Məşğulluq Agentliyində müşavir vəzifəsindən azad olunub.