Şəbnəm Tovuzlu: “Bu cür mahnıları qazancım üçün oxuyuram” - VİDEO
"Oxuduğum bu cür mahnılar efirdə qadağan olunsa, onları kənara qoyub, başqa üslubda nəğmələr ifa edərəm. Bu gün bu cür mahnıları açıq deyim ki, qazancım üçün oxuyuram".
meqale.com bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu (Əsədova) qonaq olduğu "Xəbər-ətər" verilişində deyib.
Həmkarları tərəfindən tez-tez bayağı mahnılar oxuyan ifaçı kimi qələmə verilən sənətçi bildirib ki, istənilən janrda ifa etmək qabiliyyətinə malikdir: "Muğam təhsilim var. İstənilən xalq və bəstəkar mahnısını gözəl şəkildə təqdim edə biləcək bir ifaçıyam. Qorxmuram! Əgər insanın səsi, avazı və bacarığı varsa, o istənilən janrda mahnı oxuya bilər. Vay o ifaçıların halına ki, onların musiqidən anlayışları yoxdur, bildikləri "lakka-çıkkada"dır. Efirlərdən bu tip mahnılar yığışdırılsa, onlar da o mahnılarla bir yerdə gedəcəklər".
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun