Sabiq icra başçısı “Ağçiçəyim”dən 200 min manat istəyib? - Hacı Ceyhundan açıqlama - YENİLƏNİB - FOTO

12:38

Sabiq icra başçısı “Ağçiçəyim”dən 200 min manat istəyib? - Hacı Ceyhundan açıqlama - YENİLƏNİB - FOTO
12:38

Nəsimi rayonunun sabiq icra başçısı Elxan İbrahimovun "Ağçiçəyim" mağazalar şəbəkəsindən 200 min manat rüşvət istədiyinə görə işdən çıxarılması ilə bağlı məlumat yayılıb.

meqale.com xəbər verir ki, manset.az məsələni dəqiqləşdirmək üçün "Ağçiçəyim" mağazalar şəbəkəsinin rəhbəri Ceyhun Əliyevlə əlaqə saxlayıb. O, yayılan məlumatların tamamilə yalan olduğunu bildirib:

"Ata canı, vallah, o məndən rüşvət istəməyib. Mən onun barəsində heç yerə şikayət etməmişəm. O, yeni təyin olunmuşdu, bizim onunla heç bir münasibətimiz olmayıb. Bilmirəm bu məlumatı kim və hansı məqsədlə yayıb. Mənim adımı niyə hallandırırlar? Biz elə işlərlə məşğul deyilik. Bu il fəaliyyətimizin 30 ili tamam olur, bu müddətdə nə qədər icra başçısı görmüşük. Biz hər zaman dövlətə sadiq olmuşuq, dövlət tədbirlərinin bəzədilməsində iştirak etmişik. Həmin şəxsin də bizə heç bir pisliyi dəyməyib. Mən nə üçün şikayət etməliyəm?".

Fotoda Ceyhun Əliyev

10:39

Bakının Nəsimi rayonunun ayyarımlıq icra başçısı Elxan İbrahimovun işdən çıxarılmasının təfərrüatı məlum olub.

meqale.com Axar.az-a istinadla xəbər verir ki, E.İbrahimovun işdən azad edilməsinə səbəb iş adamlarından böyük məbləğdə pul tələb etməsi olub.

Bildirilir ki, yeni vəzifəsinə təyin olunan kimi Elxan İbrahimov məşhur "Ağçiçəyim" mağazalar şəbəkəsinin üzərinə 200 min manat öhdəlik qoyub.

Şirkət rəhbərliyi də buna görə ölkə rəhbərliyinə şikayət edib.