Qızıl nə vaxta qədər BAHALAŞACAQ? - Bugünə olan QİYMƏTLƏR
Azərbaycan qızıl bazarında qiymətlər günbəgün dəyişir və müşahidələrə əsasən, qiymətlərdə hər gün cüzi artım tendensiyası qeydə alınır.
Bunu meqale.com-a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov deyib.
O bildirib ki, bu dinamika yerli qiymətlərin beynəlxalq birjalarda formalaşan trendlərə uyğun tənzimlənməsi, həmçinin logistika, məmulatın hazırlanması (işçilik) və digər əlavə xərclərin yekun satış qiymətinə təsiri ilə izah olunur.
"Dünya bazarında isə qızılın qiyməti son günlər tarixi maksimum səviyyələrə yaxınlaşıb.
Daxili bazarda qiymətlərin formalaşması ticarət subyektləri üzrə fərqlənir. Fərqlər əsasən məhsulun brendi, dizayn xüsusiyyətləri, çəkisi və işçilik səviyyəsi kimi amillərdən asılı olaraq müəyyən edilir".
Təxmini qiymət aralıqları aşağıdakı kimidir:
999 əyar: metal dəyəri təxminən 250 ₼, məmulat satış qiyməti 280-300 ₼ 750 əyar (18K): metal dəyəri təxminən 187 ₼, məmulat satış qiyməti 220-250 ₼ 585 əyar (14K): metal dəyəri təxminən 147 ₼, məmulat satış qiyməti 170-190 ₼
Ümumilikdə bazarda alıcılıq qabiliyyətində kəskin azalma müşahidə edilmir. Xüsusilə 585 və 750 əyarlı qızıl seqmentində tələbin nisbətən sabit qaldığı, investisiya yönümlü alışlarda isə külçə və sikkə məhsullarına marağın artdığı qeyd olunur. Qiymətli daşlar üzrə bazarda nəzərəçarpacaq dalğalanma qeydə alınmır və satışlar əsasən stabil şəkildə davam edir".