Handedən ayrılmışdı, bu eşqi də "daşa dəydi"
Türkiyəli iş adamı Hakan Sabancı şəxsi həyatı ilə yenidən gündəmə gəlib.
meqale.com-ın Türkiyə mediasına istinadən məlumatına görə, Sabancı aktrisa Rabia Soytürk ilə yaşadığı münasibətə son qoyub. Bildirilir ki, cütlüyün münasibəti təxminən bir ay yarım davam etdikdən sonra bitib.
Qeyd edək ki, Hakan Sabancı bundan əvvəl məşhur aktrisa Hande Erçel ilə sevgili olub. Onların 3 il davam edən münasibəti dörd ay əvvəl başa çatıb. Hande Erçelin hazırda "OGM Pictures" şirkətinin sahibi Onur Güvenatam ilə eşq yaşadığı bildirilir.
Rabia Soytürk isə daha öncə aktyor Mustafa Mert Koç ilə nişanlı olub.