Sabiq futbolçunun atası Xəzərdə boğuldu - FOTO

Sumqayıtda dənizdə bədbəxt hadisə baş verib.

Sabiq futbolçunun atası Xəzərdə boğuldu - FOTO
Sumqayıtda dənizdə bədbəxt hadisə baş verib.

meqale.com APA-ya istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində Xəzər dənizi sahilində qeydə alınıb.

Məlumata görə, 1971-ci il təvəllüdlü Asif Muxtarov dənizdə çimərkən batıb.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.