Ruslar qorxur, sürətlə istehkamlar tikir
Rusiya Krımı müdafiə etməyə hazırlaşır. İndi orada fəal şəkildə istehkamlar tikilir.
meqale.com Axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidentinin Krımdakı daimi nümayəndəsinin müavini Denis Çistikov bildirib.
"Hazırda Krım ərazisində artmaqda olan istehkamların sayı onu deməyə əsas verir ki, onlar böyük itkilər verirlər və itkilərin əvəzini çıxara biləcəklərinə əmin deyillər. Ona görə də istehkamlar hesabına Ukrayna Silahlı Qüvvələrinin hücumunu dayandırmaq istəyirlər", - Çistikov vurğulayıb.
O əlavə edib ki, 2022-ci ilin fevralına olan məlumata görə, Krımda 32 minə yaxın Rusiya hərbçisi var: