Rusiyada yaşayan əcnəbilərin sürücülük vəsiqələri etibarsız sayılacaq – Aprelin 1-dən ...
Rusiyada yaşayan bəzi əcnəbilərin xarici sürücülük vəsiqələri aprelin 1-dən etibarsız sayılacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə "TASS"a Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumat verilir ki, bu qərar Rusiya vətəndaşlığı və ya yaşayış icazəsi alınan tarixdən bir il keçən şəxslərə şamil ediləcək. Əks halda onların sürücülük vəsiqələri ölkədə qüvvəsini itirəcək.
Rusiyada sürücülər yenidən imtahan verməli olacaqlar
Qanunvericiliyə əsasən həmin şəxslər sürücülük vəsiqəsi almaq üçün yenidən imtahan verməli olacaqlar.