Rusiyada dəhşətli yanğın - Ölənlər var
Rusiya Federasiyasının Nijni Novqorod vilayətində baş verən yanğın zamanı 5 nəfər ölüb.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, hadisə Bakı vaxtı ilə saat 3:25-də Arzamas şəhər dairəsinin Sliznevo qəsəbəsində 60 kv.m. ərazidə baş verib.
"Yanğın nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər həlak olub", - məlumatda bildirilir.
Yanğının səbəbi hələ dəqiqləşdirilməyib.