Rusiya Odessaya zərbə endirdi - Yaralananlar var

Rusiya ordusunun Odessa şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib.

Rusiya Odessaya zərbə endirdi - Yaralananlar var
Rusiya ordusunun Odessa şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib.

meqale.com xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperə məlumat yayıb.

Hücum nəticəsində şəhərin enerji infrastrukturuna ciddi ziyan dəyib, yeddi nəfər xəsarət alıb.

Məlumata görə, energetika obyektində baş verən yanğın qısa müddətdə nəzarətə götürülüb. Yerli xidmətlər ziyan dəymiş infrastrukturu bərpa etmək və sakinlərə yardım göstərmək üçün işlərini davam etdirir.