Rusiya bayrağı ilə Azərbaycan çempionatına çıxdı: bəyənilmədi - FOTO
Sərbəst güləş üzrə 125 kq çəki dərəcəsində U-20 Azərbaycan çempionatında çıxış edən Muxamed Qantemirovun geyimi üzərindəki Rusiya bayrağı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
meqale.com oxuya istinadən xəbər verir ki, onun ölkə birinciliyində başqa ölkə bayrağı ilə yarışması tənqid edilib.
Azərbaycan çempionatında idmançının başqa ölkənin bayrağı ilə xalçaya çıxması sual doğurur.
Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı saytımıza açıqlamasında güləşçilərin ölkə çempionatında başqa bayraqla mübarizə aparmasının qadağan edildiyini bildirib.
Federasiya rəsmisi Muxamed Qantemirovun geyimindəki Rusiya bayrağının əvvəlcədən üzərinin örtüldüyünü açıqlayıb: "Əslində, bizdə görüntülər var. Onun geyimindəki Rusiya bayrağı əvvəlcədən bağlanmışdı. Lakin bayrağın üzərinə vurulan stiker sonradan qopub. Hakimlər stikerin qopduğunu görüblər və yenidən üzərini örtüblər. Bu, finalda qısa zaman ərzində baş verib.