Ronaldu həmin təşkilatın sahibi oldu
Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun 40 yaşlı forvardı Kriştianu Ronaldu "WOWfc" qarışıq döyüş növləri (MMA) liqasının həmsahibi olub.
meqale.com xəbər verir ki, Ronaldu açıqlamasında deyib:
"Məmnuniyyətlə bildirirəm ki, artıq 'WOWfc'nin səhmdarları sırasında yer alacam. Liqa çox xüsusi və yenilikçi bir layihə həyata keçirir. Bu təşəbbüsə qoşulmaq mənim üçün qürurvericidir. Bu platforma idmanın inkişafına dəstək olur və gənc nəsili motivasiya edir".
Xatırladaq ki, yüngül çəki üzrə UFC çempionu olan 28 yaşlı İliya Topuriya da həmin təşkilatın digər ortaq sahibidir.