Rəsmi Bakıdan Hindistan və Pakistan arasında əldə olunan atəşkəsə reaksiya
Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında elan edilmiş atəşkəsi alqışlayırıq.
meqale.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq.
Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq", - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. meqale.com