Rəşad Sadıqovdan "Fənərbağça" açıqlaması

"Biz "Fənərbaxça"dan rəsmi təklif almamışıq. Mən də mətbuatı izləyirəm, Salifu Suma haqqında çox xəbərlər yazırlar, ancaq bunların əksəriyyəti həqiqətə uyğun deyil".

Rəşad Sadıqovdan
"Biz "Fənərbaxça"dan rəsmi təklif almamışıq. Mən də mətbuatı izləyirəm, Salifu Suma haqqında çox xəbərlər yazırlar, ancaq bunların əksəriyyəti həqiqətə uyğun deyil".

meqale.com xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XXV turunda "Turan" üzərində qələbədən (2:0) sonra keçirilən mətbuat konfransında deyib.

Gənc çalışdırıcı son vaxtlar müxtəlif klubların diqqət mərkəzinə düşən komandanın qvineyalı hücumçusu Salifu Sumadan danışıb. O bildirib ki, əcnəbi futbolçu ən tez yayda "Zirə"ni tərk edəcək: "Onu deyim ki, yaxın vaxtlarda Sumanın hansısa komandaya transferi gözlənilmir. Düzdür, Kiyev "Dinamo"sundan rəsmi təklif gəlmişdi. Amma yaydan tez bu futbolçunun komandadan getməsi mümkün deyil. Mən hətta Bakıda Salifunun agenti ilə də görüşmüşəm".