Tanınmış xanəndə bu aparıcı ilə EŞQ YAŞAYIR - toy olacaq - VİDEO
Xanəndə Pərvaz İbrahimli ilə aparıcı Aysu arasında sevgi münasibətinin olduğu iddia edilir.
meqale.com-ın məlumatına görə, bu xəbər cütlüyün öz dilindən səsləndirilib.
Belə ki, Aysunun aparıcısı olduğu verilişdə qonaq olan xanəndə münasibətləri ilə bağlı məsələnin açıqlanmasını istədiyini bildirib.
Aparıcı Aysu isə bu mövzuya qısa, lakin maraq doğuran cavab verərək, "Tezliklə hamı hər şeyi biləcək", - deyə qeyd edib.
Bu açıqlama sosial şəbəkələrdə və izləyicilər arasında geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, bir müddət öncə xanəndə Pərvaz İbrahimli Kanal-S də yayımlanan verilişdə aparıcının ona verdiyi şəxsi həyatı ilə bağlı suala görə qalmaqal yaşayaraq efirdən getmişdi və mövzu gündəm olmuşdu.