Qul bazarında DƏHŞƏT: Müştəriylə anlaşa bilmədilər, çəkiclə... - YENİLƏNİB

Zabratda baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.

Qul bazarında DƏHŞƏT: Müştəriylə anlaşa bilmədilər, çəkiclə... - YENİLƏNİB
Zabratda baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.

meqale.com APA-ya istinadən bildirir ki, qətlə yetirilən 1970-ci il təvəllüdlü Nəcəfov Firdovsi Tofiq oğlu qul bazarında işləyirmiş. O, iş yoldaşı 1988-ci il təvəllüdlü Əsgərov Adil Xəlil oğlu ilə birgə bazara gələn müştəriyə xidmət göstərməsi üçün yaxınlaşıb. Müştəri ilə onlar razılaşa bilməyib. F.Nəcəfov buna görə A.Əsgərovu günahlandırıb.

Onu və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. Bundan hiddətlənən A.Əsgərov əlindəki böyük çəkiclə (kubalt) F.Nəcəfovun başına vurub. Sonuncu zərbənin təsirindən hadisə yerində ölüb.

--------

18:29

Oktyabrın 25-də saat 17 radələrində paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində 1970-ci il təvəllüdlü Nəcəfov Firdovsi Tofiq oğlunun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən meqale.com-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1988-ci təvəllüdlü Əsgərov Adil Xəlil oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.