Qorxmayın, bunu edin, bayram manikürü daha effektli görünəcək - FOTOlar
Payız-qış mövsümündə ənənəvi olaraq moda arenasında görünən bütün qiymətli metal çalarları arasında gümüşü bu il xüsusilə populyardır. Gümüş çalarları sözün əsl mənasında hər yerdədir: mövsümün ən dəbli zərgərlik əşyaları gümüşdən hazırlanır, ayaqqabılar, çantalar, hətta gümüşü cins şalvar da kolleksiyalarda yer alıb.
meqale.com publika.az-a istinadən xəbər verir ki, manikür cərəyanlar arasında da gümüşü rənglərin liderlərdən birinə çevrilməsi təəccüblü deyil. Üstəlik, onu çox fərqli şəkildə tətbiq edə bilərsiniz.
Parıldayan dizaynı sınamaq üçün Yeni ilə qədər gözləməyə ehtiyac yoxdur. Gümüş manikür gündəlik geyim üçün olduqca uyğundur. Əlbəttə ki, metal dırnaq boyaları populyar dizayn variantı olaraq qalır. Onun köməyi ilə dırnaqlarınız əsl gümüşü görünüşünə mümkün qədər yaxın ola bilər. Belə bir manikür etmək heç də çətin deyil.
Dırnaqlara xüsusi parıltı vermək üçün istifadə edilən gümüş tozları isə həm qısa, həm də uzun dırnaqlarda eyni dərəcədə yaxşı görünəcək. Daha qeyri-adi bir effekt əldə etmək istəyirsinizsə, "qırıq güzgü" təsiri yaradan zərli dırnaqları sınayın. Yeri gəlmişkən, bu trendin də müəllifi Heyli Biberlə onun dırnaq ustasıdır.
Minimalizm tərəfdarları isə dırnaqlarda fransız manikürünü etdirə bilər. Nəticədə gümüş xətlər yüngül, şəffaf bir örtüyü daha təsirli göstərəcək.
Dizaynınızda kiçik strazlar, həcmli mirvarilər, hətta digər rənglərdən istifadə etməkdən qorxmayın. Gümüş mavi, ağ, qara, hətta qırmızının müxtəlif çalarları ilə də əla görünür.