Narkotikə görə saxlanılan Oktay Kaynarcaya qadağa qoyuldu - YENİLƏNİB - FOTO

Türkiyəli aktyor Oktay Kaynarcanın ölkədən çıxışına qadağa qoyulub.

Narkotikə görə saxlanılan Oktay Kaynarcaya qadağa qoyuldu - YENİLƏNİB - FOTO
Türkiyəli aktyor Oktay Kaynarcanın ölkədən çıxışına qadağa qoyulub.

meqale.com xəbər verir ki, məşhurlara yönəlmiş narkotik istintaqı çərçivəsində səhər saatlarında saxlanılan aktrisa və müğənni Emel Müftüoğlu ilə aktyor Oktay Kaynarca, ölkədən çıxışlarına qadağa tətbiq olunmaqla azadlığa buraxılıblar.

Qeyd edək ki, aktyorun vəkili onun ev dustaqlığına buraxılması tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə isə onun ölkədən çıxışına qadağa qoymaqla sərbəst buraxıb.

Qeyd edək ki, aktyor saxlanılması ilə bağlı qısa açıqlama verərək, uzun illərdir narkotiklə mübarizə apardığını və bu cür əməliyyatları dəstəklədiyini bildirib.

------------- İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində məşhurları hədəf alan əməliyyatlar davam edir. 

meqale.com xəbər verir ki, türkiyəli tanınmış aktyor Oqtay Kaynarca saxlanılıb.

Oktay Kaynarca ilə yanaşı Emel Müftüoğlu, Neda Şahin, Ali Sert, Rabi Karataş və Selen Çetinkaya da saxlanılıb.

Baş Prokurorluğun açıqlamasında bildirilir ki, şübhəlilər aşağıdakı cinayətlərdə ittiham olunur:

Narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsi üçün saxlama , Narkotik istifadəsinə kömək etmə və ya yer təmin etmə, Kimisə fahişəliyə təhrik etmə və ya vasitəçilik etmə, Qumar üçün yer və vasitə təmin etmə

İstintaq davam edir.