Qəzaya düşən təyyarə bu gün Gəncəyə gəlibmiş - VİDEO
Xəbər verdiyimiz kimi, göyərtəsində 20 nəfər hərbçinin olduğu Türkiyəyə məxsus C-130 tipli hərbi təyyarə Gürcüstan ərazisində qəzaya düşüb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün Türkiyə vaxtı ilə səhər saat 09:50-də Trabzondan havaya qalxan təyyarə saat 11:06-da Gəncəyə enib.
Planlaşdırılmış prosedurlara uyğun olaraq, təyyarə saat 13:20-də Türkiyəyə geri dönüş reysi üçün yenidən Gəncədən havaya qalxıb.
Lakin havaya qalxdıqdan 27 dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib və radar siqnalı itib.