“Beyaz Show” ekrana qayıdır

Məşhur televiziya siması Beyazıt Öztürk təqdim etdiyi yarışma proqramında tamaşaçıları sevindirən açıqlaması ilə diqqət çəkib.

“Beyaz Show” ekrana qayıdır
Məşhur televiziya siması Beyazıt Öztürk təqdim etdiyi yarışma proqramında tamaşaçıları sevindirən açıqlaması ilə diqqət çəkib.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı uzun illər ekranların sevilən layihəsi olan əfsanəvi "Beyaz Show"un yenidən yayıma qayıdacağını bildirib. O, bu barədə danışarkən proqramın davamı ilə bağlı müsbət mesaj verib:

"İllərlə 'Beyaz Show'u çəkdim. Davam etsinmi? O da olacaq, bu da olacaq", - deyə Beyazıt Öztürk layihənin yeni bölümlərlə geri dönəcəyinə işarə edib.

Bu açıqlama sosial şəbəkələrdə və tamaşaçılar arasında böyük maraqla qarşılanıb. Uzun fasilədən sonra "Beyaz Show"un yenidən efirə qayıtması televiziya izləyiciləri üçün nostalji vəd edir.