Məşhur çempion xanəndə idmandan UZAQLAŞIR?

Xanəndə Pərviz Qasımovun son açıqlaması maraq doğurub.

Məşhur çempion xanəndə idmandan UZAQLAŞIR?
Xanəndə Pərviz Qasımovun son açıqlaması maraq doğurub.

meqale.com-ın məlumatına görə, sənətçi bildirib ki, yarışmadan sonra özünə fasilə verib və sağlamlığına diqqət ayırıb.

Onun sözlərinə görə, aldığı müalicələr bərpa prosesi üçün vacibdir:

"Yarışdan sonra bir az istirahət etdim, müalicələr aldım. Bu, hər kəs üçün lazımdır. İdman yarışlarına hazırlaşan dövrdə insan həm fiziki, həm də psixoloji olaraq gərgin olur. Bədən yüklənir, qan dövranı istənilən səviyyədə olmur. Ona görə də yenidən toparlanmaq üçün özünə qulluq vacibdir. Deyirlər ki, üzün nuru geri qayıdıb - bu da bərpanın göstəricisidir".

Pərviz Qasımov idmandan tam uzaqlaşmadığını da vurğulayıb. O, hazırda sənəti ilə bağlı planlarını həyata keçirdiyini, yeni layihələr üzərində çalışdığını qeyd edib. Sənətçinin sözlərinə görə, kliplərinin çəkilişi və albomunun hazırlanması davam edir və albom fevralın əvvəlinə qədər tam hazır olacaq.

Xanəndə əlavə edib ki, yaradıcılıq işlərini başa çatdırdıqdan sonra yenidən idman yarışlarına hazırlıqlara başlayacaq.