Qərb bölgəsində hava kəskin pisləşdi - Elektrik enerjisinin verilişi dayandırıldı

Gəncə şəhərində və ətraf rayonlarda axşam saatlarından başlayaraq güclü külək əsir, Goranboy və Şəmkir rayonlarının bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

meqale.com report-a istinadən xəbər verir ki, güclü külək səbəbindən Şəmkir şəhərinin bəzi hissələrində, Goranboy rayonun Boluslu, Məşədiqaralar və Eyvazlılar kəndlərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Qeyri-sabit hava şəraiti səbəbindən başqa fəsadların olub-olmadığı müvafiq qurumlar və idarələr tərəfindən araşdırılır.