"Qarabağ"la oyunda "Napoli"nin beş əsas heyət oyunçusu olmayacaq
"Napoli"nin UEFA Çempionlar Liqasının növbəti turunda "Qarabağ"a qarşı keçirəcəyi oyunda daha iki futbolçunun iştirak etməyəcəyi bəlli olub.
meqale.com oxuya istinadən xəbər verir ki, Leonardo Spinazzola, Billi Gilmur zədələrini sağalda bilməyiblər.
Onlar bərpa prosesindədirlər və Çempionlar Liqasındakı "Qarabağ" matçına qədər hazır ola bilməyəcəklər.
Qeyd edək ki, həmçinin qapıçı Aleks Meret, yarımmüdafiəçilər Andre Zambo-Anqissa və Kevin De Bruynenin də zədə səbəbindən matçı buraxacaqları məlumdur.