“Qarabağ”ın Koxalskisi ÇL-də “11”liyə yüksəldi

24 yaşlı polşalı qapıçı Mateuş Koxalski Çempionlar Liqasının Liqa mərhələsində "Napoli"yə qarşı keçirilən səfər oyununda (0:2) parlaq performansı ilə seçilib.

“Qarabağ”ın Koxalskisi ÇL-də “11”liyə yüksəldi
24 yaşlı polşalı qapıçı Mateuş Koxalski Çempionlar Liqasının Liqa mərhələsində "Napoli"yə qarşı keçirilən səfər oyununda (0:2) parlaq performansı ilə seçilib.

meqale.com xəbər verir ki, o, matçın 56-cı dəqiqəsində Rasmus Heylundun yerinə yetirdiyi penalti zərbəsini dəf etməklə komandasını ağır məğlubiyyətdən qoruyan əsas fiqurlardan biri olub. Ümumilikdə Koxalski qarşılaşma boyunca tam 8 seyv həyata keçirib.

Bu oyundakı uğurlu çıxışdan sonra onun Çempionlar Liqasının Liqa mərhələsində ümumi seyv sayı 17-yə yüksəlib. Bu nəticə Koxalskini turnirin ən çox seyv edən qapıçılar siyahısında 11-ci pilləyə daşıyıb.

UEFA-nın rəsmi statistikasına əsasən, Liqa mərhələsində ən çox seyv edən ilk 11 qapıçının siyahısı belədir:

Nikita Haykin ("Bodo/Glimt") - 31

Xeronimo Rulyi ("Olimpik") - 29

Tibo Kurtua ("Real") - 22

Nik Poup ("Nyukasl") - 21

Neofitos Mixail ("Pafos") - 20

Marko Karnesekki ("Atalanta") - 18

Mark Flekken ("Bayer") - 18

Nordin Yakers ("Brügge") - 18

Vanya Milinkoviç-Saviç ("Napoli") - 18

Anatoli Trubin ("Benfika") - 18

Mateuş Koxalski ("Qarabağ") - 17

Qapıçının çıxışı azərbaycanlı azarkeşlər arasında da böyük rəğbətlə qarşılanıb.