"Qarabağ" dünya reytinqində irəlilədi
"Qarabağ" klubu dünya reytinqində irəliləməyə davam edir.
meqale.com xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) məlumat yayıb.
"Köhlən atlar" bu dəfə reytinqdə 17 pillə irəliləyib. Onlar 82-ci yerdən 65-ə yüksəlib."Qarabağ"ın aktivində 192,25 xal var.
Azərbaycanın digər klublarından "Sabah" 276, "Zirə" 387, "Araz-Naxçıvan" isə 390-cı yerdədir.
Siyahıya 567 xalla PSJ başçılıq edir.