Qaldıqca daha da dadlı olan pendirə mükafat verdilər - FOTO
Norveçdə təşkil edilən Dünya Pendir Festivalına ilk dəfə olaraq türkiyəli iştirakçı da qatılıb.
meqale.com oxuya istinadən bildirir ki, o, ölkəsini Balıkesir bölgəsinin məşhur "Kirli Xanım Pendir"i ilə təmsil edib.
Nəticədə münsiflər Türkiyədə hazırlanan bu pendiri bürünc mükafata layiq görüblər.
Türkiyəni festivalda təmsil edən Mehmet Özgü pendirin xüsusiyyətlərindən danışıb.
O qeyd edib ki, pendirin bu çeşidini sərin yerdə saxlamağa gərək yoxdur və uzun illər qaldıqca nəinki keyfiyyətini itirmir, əksinə daha da dadlı olur.
"Məhsulun tərkibindəki su və nəmi tam çıxardığından pendirin xarab olma ehtimalı qalmır", - deyə o əlavə edib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun