"Qalatasaray" Bundesliqa klubundan futbolçu transfer etdi

Türkiyə "Qalatasaray"ı mövsümlərarası fasilədə növbəti transferini açıqlayıb.

Türkiyə "Qalatasaray"ı mövsümlərarası fasilədə növbəti transferini açıqlayıb.

meqale.com report-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın "Bayer" (Leverkuzen) komandasından Kerem Demirbayı heyətinə qatıb.

Hələlik türkəsilli almaniyalı yarımmüdafiəçi ilə imzalanacaq müqavilənin detalları bəlli deyil. "Cim-Bom"un bu keçid üçün qarşı tərəfə 6 milyon avroya yaxın təzminat ödəyəcəyi iddia olunur.

Qeyd edək ki, Kerem Demirbay Almaniyanın əsas yığmasın 2 oyun keçirib.