Putin məşhur milyarderi ABŞ-la danışıqlara DAXİL ETDİ

Monakoda yaşayan və Qərbin sanksiyalarından yayınan rus milyarder Dmitri Rıbolovlev Səudiyyə Ərəbistanında ABŞ nümayəndələri ilə danışıqlar aparan Rusiya nümayəndə heyətinə daxil edilib.

Putin məşhur milyarderi ABŞ-la danışıqlara DAXİL ETDİ
Monakoda yaşayan və Qərbin sanksiyalarından yayınan rus milyarder Dmitri Rıbolovlev Səudiyyə Ərəbistanında ABŞ nümayəndələri ilə danışıqlar aparan Rusiya nümayəndə heyətinə daxil edilib.

meqale.com modern.az-a istinadən xəbər verir ki, bu haqda "The Telegraph" nəşri yazıb.

Həmin görüşdən çəkilmiş fotoda 58 yaşlı Rıbolovlev Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakovla birlikdə Ər-Riyadda, hakim Səudiyyə sülaləsinin iqamətgahlarından biri olan Diriyah sarayında görüntülənib.

Kremlin Rıbolovlevə təyin etdiyi rol qeyri-müəyyən olaraq qalır. Bununla belə, milyarderin ABŞ prezidenti Donald Trampla birbaşa əməliyyatlarda təcrübəsi var. 2008-ci ildə o, Trampın Palm Beach mülkünü 95 milyon dollara satın alıb ki, bu da o zaman Florida daşınmaz əmlak bazarı üçün rekord məbləğ idi. Rıbolovlevlə razılaşma Trampa təxminən 40 milyon dollar qazanc əldə etməyə imkan verib, çünki o, özü malikanəni 2004-cü ildə 41,3 milyon dollara almışdı.

Rusiyanın Perm şəhərində doğulmuş Dmitri Rıbolovlev sərvətini 1990-cı illərdə dünyanın ən böyük kalium istehsalçılarından biri olan "Uralkali"yə nəzarəti ələ keçirən özəlləşdirmə zamanı qazanıb. 2011-ci ildə Rıbolovlev öz payını milyarder Süleyman Kərimova məxsus strukturlara 5 milyard dollara satıb, bundan sonra İsveçrədən Monakoya köçüb və orada yerli futbol klubunu satın alıb.

Dmitri Rıbolovlev daha sonra ekstravaqant daşınmaz əmlak alqı-satqılarına investisiya qoymağa başlayıb. Rıbolovlev Havayda aktyor Uill Smitə məxsus evi (20 milyon dollara), həmçinin  Yunanıstanda əvvəllər milyarder Aristotel Onassisə (100 milyon dollar dəyərində) məxsus olan iki adanı alıb