Priqojin Moldovada çevriliş etmək istəyib - Sandu

"Vaqner"in qurucusu, 23 avqustda Tver vilayətində təyyarə qəzasında ölən Yevgeni Priqojinin komandası Moldovada çevrilişə cəhd edib.

Priqojin Moldovada çevriliş etmək istəyib - Sandu
"Vaqner"in qurucusu, 23 avqustda Tver vilayətində təyyarə qəzasında ölən Yevgeni Priqojinin komandası Moldovada çevrilişə cəhd edib.

meqale.com axar.az-a istinadla xəbər verir ki, bu sözləri Moldova Prezidenti Maya Sandu deyib.

O bildirib ki, Moldova xüsusi xidmət orqanları çevriliş cəhdinin qarşısını alsa da, Rusiya yenidən hakimiyyət dəyişikliyi üçün planlar hazırlayır.