Prezident bu məscidin təmirinə pul ayırdı - SƏRƏNCAM

Paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işləri həyata keçiriləcək.

Prezident bu məscidin təmirinə pul ayırdı - SƏRƏNCAM
Paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işləri həyata keçiriləcək.

meqale.com AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev "Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında" Sərəncam imzalayıb.

Sərəncama əsasən, İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb.

meqale.com