PKK məsuliyyəti öz üzərinə götürdü

Türkiyədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası (PKK) Ankaranın mərkəzində terror aktına cəhdə görə məsuliyyəti öz üzərinə götürüb.

PKK məsuliyyəti öz üzərinə götürdü
Türkiyədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası (PKK) Ankaranın mərkəzində terror aktına cəhdə görə məsuliyyəti öz üzərinə götürüb.

meqale.com teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə "A Haber" telekanalı məlumat yayıb.

"Son xəbər: PPK terror təşkilatı Ankarada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb", - məlumatda deyilir.

Oktyabrın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səhər saatlarında Ankaranın mərkəzində törədilən terrora cəhdi "terrorçuların ölkəyə qarşı son nəfəsləri" kimi qiymətləndirib.