Paytaxtda zəncirvari yol qəzası - 4 avtomobil toqquşdu - VİDEO

Bu gün səhər saatlarında Bakı şəhərinin Babək prospektində zəncirvari yol qəzası baş verib.

Paytaxtda zəncirvari yol qəzası - 4 avtomobil toqquşdu - VİDEO
Bu gün səhər saatlarında Bakı şəhərinin Babək prospektində zəncirvari yol qəzası baş verib.

meqale.com xəbər verir ki, Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün buzlu olması səbəbindən 4 avtomobil toqquşub. Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib və digər avtomobillərin hərəkəti çətinləşib.

Zərbənin gücündən bir maşın körpünün ortasındakı bardür üzərinə çıxıb.