"Pandemiya zamanı Şəbnəm mənə 105 manat verdi"

Meyxanaçı Samirə Yusifqızı "Rəngarəng" verilişində qonaq olaraq pandemiya dövründə yaşadığı çətinliklərdən danışıb.

Meyxanaçı Samirə Yusifqızı "Rəngarəng" verilişində qonaq olaraq pandemiya dövründə yaşadığı çətinliklərdən danışıb.

meqale.com-ın məlumatına görə, sənətçi həmin vaxt həmkarlarından maddi yardım istədiyini bildirib. O, həmkarı Şəbnəm Tovuzludan 200-300 manat borc istədiyini, amma gözləmədiyi şəkildə qarşılıq aldığını deyib:

"Pandemiya zamanı Şəbnəmdən borc istəmişdim. İmkanı 105 manata çatırdı, yəni 5 min rubl verdi. O dövrdə sənətçilərin əksəriyyəti Rusiyada fəaliyyət göstərirdi, imkanları da var idi. Şəbnəm borc vermədi, sadəcə bu məbləği verdi".

Meyxanaçı həmçinin ona ən çox dəstək göstərən şəxslərin adını çəkib:

"Kim mənə yaxşılıq edib, onu heç vaxt itirmirəm. Mənə ən çox Ruhiyə Əliyeva və Elgiz Əkbər kömək etdi. Xəstəxanada yeni çıxan vaxtlar idi, pandemiyanın düşməsi vəziyyəti daha da çətinləşdirmişdi".

Sənətçinin bu açıqlamaları efirdə və sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.